Polimer Materialları İnstitutunda təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib
8 fevral 2022-ci il tarixində AMEA-nın Polimer Materialları İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun 25 yanvar 2022-ci il tarixli 26 № li əmrinə əsasən 7 nəfərdən ibarət attestasiya komissiyası yaradılıb. Attestasiyada fəlsəfə doktoru hazırlığı üzrə 4 doktorant və 8 dissertant, elmlər doktoru hazırlığı üzrə 6 dissertant iştirak edib. İclasda doktorant və dissertantların il ərzində apardıqları elmi-tədqiqat işlərinin hesabatları dinlənilib, onlara müvafiq məsləhətlər verilib.