azia.az
azia.az

FHN əməkdaşları ilə “BakuBus”ın sürücüsü bu səbəbə görə DALAŞDI - (VİDEO)

2-02-2023, 13:51

Bakıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü arasında insident yaşanıb. 

Manset.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib. İddiaya görə, yolda hərəkətdə olan “BakuBus” MMC-yə məxsus 5 saylı xətt üzrə hərəkət edən 99-JZ-648 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10-PF-306 nömrəli maşınına dəyib. Sonra tərəflər yolun hərəkət hissəsində avtomobillərini saxlayaraq mübahisə etməyə başlayıblar. Mübahisə yolda tıxaca səbəb olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi