azia.az
azia.az

Güllələnmiş meyiti tapılan şəxs görün kimdir-DƏHŞƏT

8-12-2022, 09:34

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Bu barədə  Baş Prokurorluqdan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.https://oxu24.com/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi