Dənizdə boğularaq ölən bacılar nazirlik əməkdaşının QIZLARI İMİŞ - FOTO
Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.
Xəbər verilir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.
Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
Məqaləyə dair fotomateriallar: