azia.az
azia.az

Bakıda boğulan şəxsi xilas etmək istəyən polis özü də batdı - FOTO

3-09-2021, 10:57

Bakıda boğulan şəxsi xilas etmək istəyən polis özü də batdı - FOTO
Dünən saat 18 radələrində Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

DİN Mətbuat xidmətindən Azia.az verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov Xəzər rayonundakı "Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.


Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə həlak olub.

Bakıda boğulan şəxsi xilas etmək istəyən polis özü də batdı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi