Dənizdə batan şəxsi xilas edən idman müəllimi boğularaq öldü
Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib. Xəbər verilir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb. 36 yaşlı Quliyev Anar Samir oğlu bir nəfəri dənizdə boğulmaqdan xilas edib. Başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb. A.Quliyev Bakıdakı məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirmiş.