İki yaşlı uşaq qaz sızmasından öldü
Bakıda iki yaşlı uşaq dəm qazından boğularaq ölüb.
Azia.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25A ünvanında baş verib.
Hadisə zamanı evin yataq otağında 1996-cı il təvəllüdlü Verdiyeva Səbinə Eldəniz qızı, 1985-ci il təvəllüdlü Verdiyev Xaliq İlyas oğlu və onların övladları - 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu olub. Valideynlərin sağlamlığına zərər dəyməsə də, iki yaşlı uşaq N.Verdiyev yataq otağına sızmış dəm qazından boğularaq ölüb.
Hadisə yerinə baxış keçirilib. Meyit daxili müayinə edilməsi üçün aidiyyəti üzrə şöbəyə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.