azia.az
azia.az

MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib

12-05-2022, 07:02

MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib

MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK), Suraxanı rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı tərəfindən birgə keçirilən "Əbədiyaşar Ulu Öndər Heydər Əliyev-99" adlı tədbirə qatılaraq, kitab sərgisi təşkil edib. Sərgidə dahi liderin həyatını, zəngin və çoxşaxəli irsini, keçirdiyi beynəlxalq, siyasi və iqtisadi görüşləri, Azərbaycan dilinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi dövlət qayğısı, Azərbaycan elminə və təhsilinə verdiyi dəyərli töhfələri, eyni zamanda ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olan şanlı Zəfər tariximizi əhatə edən kitablar, akademik nəşrlər öz əksini tapıb. Həmçinin, nəşrlərin virtual sərgisi hazırlanıb.

Virtual sərgidə MEK-in fondlarından Azərbaycan, türk. rus, ingilis və çin dillərində nəşr olunmuş dəyərli kitablar yer alıb. Burada akademik İsa Həbibbəylinin müəllifi olduğu "Heydər Əliyev və Naxçıvan Universiteti", professor İradə Hüseynovanın “Гейдар Алиев – от политического руководителья к общенациональному лидеру”, Türkiyə Respublikasının İstanbul şəhərində Baş Konsulluğunun təşəbbüsü ilə nəşr olunan “Haydar Aliyev ve Azerbaycanda yeni devlet kuruculuğu”, Ramiz Mirzəyevin “Road starting from Contract of Century”, ADU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Heydər Əliyev və Çin" və digər kitablar nümayiş olunub.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib
MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib
MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi