azia.az
azia.az

MEK akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgini təqdim edir

27-04-2022, 17:42

MEK akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgini təqdim edir
MEK akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgini təqdim edir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı virtual sərgi hazırlayıb.
Sərgidə MEK-in fondlarından Zərifə xanım Əliyevanın müəllifi olduğu “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya” və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, Zərifə Əliyeva və Afət Mollayevanın “Pedaqogika” (2005), “Zərifə Əliyeva. Biblioqrafiya” (2013), Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka. Мудрость освещающая тьму. The intellect lightening darkness” (2010) kitabları, “Azərbaycan dünyası” beynəlxalq jurnalın “Qayğıkeş insan, mehriban ana Zərifə Əliyeva” adlı növbəti nömrəsi, R.Bahar Sonamın sənədli materiallar əsasında yazdığı avtobioqrafik “Yanar qəlb...” əsəri, elmi redaktoru Mustafa Topçubaşov olan “Akademik Zərifə xanım Əliyeva. Yüksək əqidə” (2003) kitabı, “Zərifə Əliyeva. Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafiyası (1957-2002-ci illər), “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş oftalmologiyanın aktual problemləri” beynəlxalq elmi konfransın materialları (2013) və digər nəşrlər nümayiş olunur.
Kitablarda Zərifə Əziz qızı Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri yer alıb. Sərgilənən nəşrlərdə Azərbaycan tibb elminə parlaq iz qoymuş alimin həyatının əsas tarixləri əksini tapıb.



AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi