MEK-də Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş virtual sərgini istifadəçilərə təqdim edir.
Virtual sərgidə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı özündə əks etdirən nəşrlər təqdim olunub. Burada “Xocalı, şəhidlər danışır”(2018), “Qarabağda talan var...”(1996), “Erməni terroru. Armenian terror. Армянский террор.”(2005), “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən”, Z. Sultanovun “Xocalı faciəsi” (1993), Nəsiman Yaqublunun “Xocalı soyqırımı” (2012) və “Xocalı qırğını” (1992) kitabları, “Xocalı soyqırımı. Genocide in Khojaly. Геноцид в Ходжалы” (2016), “Ходжалы: шехиды и шахиды” (2005), C. Əliyev və B. Budaqovun “Турки, Азербайджанцы, Армяне. Геноцид” (2003) və digər kitablar sərgilənir.
Qeyd edək ki, virtual ilə yanaşı, MEK-in sərgi salonunda ənənəvi formada da sərgi təşkil edilib. Oxuculara təqdim edilən bu kitablarda Azərbaycan xalqının bəşəri faciəsindən bəhs edilir. Burada verilən materiallar bu soyqırımın dəhşətini bir daha göz önündə canlandırır.
AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi