azia.az
azia.az

MEK tərəfindən növbəti biblioqrafik göstərici istifadəyə verilib

18-04-2022, 19:11

MEK tərəfindən növbəti biblioqrafik göstərici istifadəyə verilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) müxbir üzv, professor Qüdrət İsfəndiyar oğlu Kəlbəliyevin 75 illiyinə həsr olunmuş biblioqrafik göstərici hazırlayıb.
Biblioqrafik göstəricidə alimin həyatı, elmi və ictimai fəaliyyətinin əsas tarixləri, həmçinin bu haqda qısa oçerk, əsərlərinin biblioqrafiyası - kitab və məqalələri, rəy verdiyi kitablar, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiyalar və s. yer alıb. “Elm” nəşriyyatında nəşr edilən göstəricinin redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov və Rəna Cavadovadır.
1973-2021-ci illəri əhatə edən biblioqrafik göstərici, kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi