azia.az
azia.az

MEK Nüşabə Araslının biblioqrafik göstəricisini hazırlayıb

4-04-2022, 18:36

MEK Nüşabə Araslının biblioqrafik göstəricisini hazırlayıb
MEK Nüşabə Araslının biblioqrafik göstəricisini hazırlayıb
Azəbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) filologiya elmləri doktoru, professor Nüşabə Həmid qızı Araslının biblioqrafik göstəricisini hazırlayıb.
Göstəricinin elmi redaktoru professor, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru Məmməd Əliyev, ixtisas redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Afət Məmmədovadır.
Nüşabə Araslının həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici 1962-2021-ci illəri əhatə edir. Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin – dərslik və dərs vəsaitlərinin, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus dillərində dərc olunmuş məqalələrinin, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışlarının, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilib.MEK Nüşabə Araslının biblioqrafik göstəricisini hazırlayıb
Vəsaitdə, həmçinin alimin redaktə etdiyi elmi əsərlər – kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, həyatı, elmi və ictimai fəaliyyəti haqqında mənbələr də yer alıb. Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər dilllər üzrə əlifba sırası ilə xronoloji qaydada və vahid ardıcıl nömrələnmə əsasında verilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə köməkçi aparat tərtib edilib.
Biblioqrafik göstərici filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi