Ukraynadakı sabiq səfirimizin qaçdığı ölkə BİLİNDİ – 80 yaşlı diplomat harada gizlənir?
Azərbaycan Respublikasının Ukraynadakı sabiq səfiri Tələt Əliyev hazırda Almaniyadadır. ![]()
Bu barədə məlumat yayılıb. Məlumata görə, 80 yaşlı sabiq səfir müharibə başlayandan bir neçə gün sonra Kiyevi tərk edib.
Xatırladaq ki, Tələt Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.
Tələt Əliyev səfir təyin olunana qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub. Yaxın vaxtlaradək bu ölkədə Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edirdi.
Şahin