azia.az
azia.az

Erməni səfir Azərbaycan xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edib?

21-12-2021, 18:48

Erməni səfir Azərbaycan xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edib?
20 sentyabr 2021-ci il tarixdə Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan keçirdiyi mətbuat konfransında həqiqətə uyğun olmayan cinayət barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, bu sözlər Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda yer alır.

İstintaq Komitəsinin yaydığı məlumatda daha sonra deyilir:

"Xüsusən də mətbuat konfransı zamanı Q.İsaqulyan deyib ki, Ermənistan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri guya Türkiyə-Azərbaycan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub, onunla daimi iş aparılıb, habelə 2008-ci ildən sonra adıçəkilən ölkələrin (Azərbaycan-Türkiyə) xüsusi xidmət orqanlarının nümayəndələri ilə davamlı əməkdaşlıq edib.

Q.İsaqulyanın məlumatına görə, Ermənistan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycanın Ukraynadakı səfiri ilə danışıqlar aparıb və nəticədə qərara alınıb ki, Ermənistan Respublikasının baş naziri Türkiyə prezidentinin Batumi şəhərindəki nümayəndələri ilə görüşərək sonuncudan pul istəməlidir, çünki ER büdcəsindəki pullar tükəndiyi səbəbindən onlar ölkədə pensiyaları ödəyə bilmirlər. Bununla da erməni diplomatı haqsız yerə şər atmaqda, xüsusilə ağır cinayət törətməkdə ittiham edilir.

Qeyd olunan cinayət əməlini törətdiyinə görə Q.İsaqulyan ER Cinayət Məcəlləsinin 333-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və elə həmin gün onun barəsində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi