Azərbaycan səfiri 250 min manata maşın aldı – Fotolar
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova 250 min manata xidməti avtomobil alıb.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun iddiasına görə, səfir Almaniyadan “Mercedes-Benz S 350L” markalı avtomobil gətizdirib:
“Elmira Axundova ötən il Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib. Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir.![]()
![]()
Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb”, – deyə Cavanşir Həsənli bildirib.