Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaların uzadılmasına səs verdi
Azia.az təqdim edir. Avropa Parlamenti Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair qətnamə qəbul edib.
Oxu.Az xəbər verir ki, sənəddə qanunazidd hallardan faydalanan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların saxlanılması və genişləndirilməsinin vacibliyi vurğulanıb.
Avropa Parlamenti həmçinin Avropa İttifaqı ölkələrini ukraynalı hərbçilərin azadlığa buraxılmayacağı təqdirdə, Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.
Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib. Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.