azia.az
azia.az

Saleh Məmmədova sığınan qayınata, kürəkən birliyi 33 nömrəli Yol İstısmarı MMC- ni necə “istismar” edir

14-01-2022, 00:07

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun barəsində dövrü mətbuatda və sosial şəbəkələrdə kifayət qədər yazılıb. Onun müavinləri Əvəz Qocayev və Hüsnü Quliyevin bu sistemdə çalışmağa başladıqdan sonra əldə etdikləri var dövlət barədə də dövri mətbuatda az yazılmayıb. Agentliyin tabeliyində olub, yerlərdə fəaliyyət göstərən MMC-lərin direktorları, onların yollara ayrılan pullar hesablaranı topladıqları var-dövlət barədə də elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlar var. Şirvan şəhər sakini Yaşar Əliyevin redaksiyamızın elektron poçtuna ünvanladığı şikayət də Saleh Məmmədovun yerlərdəki kadrlarının özbaşınalığından bəhs edir. Aktualinfo.org vətəndaşın heç bir qurumun baxmadığı şikayətini olduğu kimi təqdim edir.
Saleh Məmmədova sığınan qayınata, kürəkən birliyi 33 nömrəli Yol İstısmarı MMC- ni necə “istismar” edir
Hörmətli redaksiya şikayətim 2016-cı ildən mühəndis işlədiyim AAYDA-nın 33 nömrəli Yol İstısmarı MMC-də baş verən özbaşınalıq, ayrı seçkilik, dövlət vəsaitinin və əmlakının təyinatı üzrə xərclənməməsi, göyə sovrulması, diktatura rejimi, idarənin xüsusi mülkiyyət kimi idarə edilməsi barədədir. Bu qanunsuzluqlar barədə AAYDA-nın qaynar xəttinə məlimat verdiyimə görə, məndə hər hansı bir nöqsan tapa bilmədiyi üçün, guya işə gəlməməyimi irad tutaraq, qeyri qanuni olaraq, davamiyyət jurnalına imza etsəm də, imzalarımın üstündən xətt çəkilərək, eyni gündə, ayrı-ayrı tarixlərə qeydiyyata alınmaqla, xəbərdarlıq olmadan töhmət və şiddətli töhmət verilmiş və işdən çıxarılmaqla hədələnmişdm. Mən də bu qanunsuzluqlar barədə Avtombill Nəqliyyatı və Yol təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Komitəsinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə məlumat verəndən sonra 02.dekabr 2021-ci il tarixdə ştatımın ixtisara düşməsi barədə məktubla tanış edildim. Halbuki idarədə məndən başqa birini yaşı 66, digərinin yaşı 78-i keçmiş 2 təqaudçü mühəndis var. Bu idarə demək olar ki, təqaüdçülər parkıdır. Nəmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununun 11, 12,13,15 və 18 maddələri kobud surətdə pozulsa da, işçinin yox, nədənsə işə götürənin hüquqları qorundu. Eyni zamanda Dövlət Əmək Müfəttişliyi Haqqında Əsasnamənin 3.1.1, 3.1.2, 3.1.9, 3.1.10 və 4.1.2 maddələriii pozulsa da, faktlar, sənədlər təqdim etsəm də nədənsə yenə də işə götürənin maraqları qorundu. Məlumat üçün qeyd edirəm ki, bu idarə vərəsəliklə qaynatadan yeznəyə keçib. Bu idarə dövlət içində dövlət kimi fəaliyyət göstərir. Özünün daxili və xarici siyasəti var, 5-ci kolona xidmət edir.. Cənab Prezidentə, 1-ci Vitse Prezidentə, Ombudsmana ünvanladıgım şıkayətlər Agentliyin Huquq Şöbəsində qohumları tərəfindən gizlədilir, heç bir araşdırma, heç bir cavab verilmir. Sədrin qəbulunda olmaq istəyimi köməkçisi Çingiz adlı şəxs müxtəlif bəhanələrlə qeyd etdiyim şikayətlərin üzə çıxmasını mümkünsüz edir. Onu da qeyd edim ki, yeni ilin gəlməsi ilə əlaqədar, Agentliyin köməkçisi və şöbə müdirlərinə pay göndərmək məqsədilə Şirvanda qoyun qətliamına start veriləcək.

Saleh Məmmədova sığınan qayınata, kürəkən birliyi 33 nömrəli Yol İstısmarı MMC- ni necə “istismar” edir
Saleh Məmmədova sığınan qayınata, kürəkən birliyi 33 nömrəli Yol İstısmarı MMC- ni necə “istismar” edir

Aktualinfo.org xatırladır ki, 33 nömrəli Yol İstısmarı MMC vaxtı ilə Əli Bayramlı şəhər 34 saylı Yol-İstismar İdarəsi kimi fəaliyyət göstərib. Hələ Azərbaycan SSR dönəmindən idarəyə Şıxverdi Məmmədov rəhbərlik edib. Sözügedən şəxsin adının heç yerdə hallanmamasına baxmayaraq bu gün Azərbaycanın avtomobil yolları sisteminə gəlib, getmiş ən imkanlı şəxslərdən biridir. Şıxverdi Məmmədov son 30 ildə Azərbaycan avtomobil yolları sisteminə rəhbərlik etmiş bir çox insanlarla çalışa bilib. Yəni hamı ilə dil tapıb və artıq neçə ildir ki, Saleh Məmmədova sığınmağı bacarıb. Bu gün yaşı 80-ni haqlasa da idarəyə qeyri rəsmi olaraq rəhbərlik edir. İdarənin hazırki rəsmi rəisi isə Şıxverdi Məmmədovun kürəkəni Mirtağı Abbasovdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi