azia.az
azia.az

Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)

12-01-2022, 10:51

Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)
Türkiyəli aktrisa Cansu Derenin yeni sevgilisi, amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonun yeni görüntüsü müzakirələrə səbəb olub.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəkildə diqqət çəkən məqam Maylzın saatı olub.

Bir müddət əvvəl məşhur müğənni Rihanna ilə sevgili olan Maylzın "Richard Mille" markasına məxsus aksessuarı 250 min dollar (425 min manat) dəyərindədir.

Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)

Xatırladaq ki, iki il bundan öncə Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli də eyni markadan olan saatı ilə gündəmə gəlmişdi.

Belə ki, xarici mətbuatda İspaniyanın İbiza şəhərində Azərbaycanlı turistə məxsus 2,2 milyon manat (1 milyon funt-sterlinq) dəyərində qol saatının oğurlandığı yazılıb.
Daha sonra sosial şəbəkələrdə və ölkə mətbuatında "Richard Mille 50-03 McLaren F1" markalı saatın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədliyə məxsus olması ilə bağlı iddialar yayılmışdı.
Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi