azia.az
azia.az

Lənkəran – avtomobil yolları yenidən qurulur

27-10-2019, 16:44

Lənkəran – avtomobil yolları yenidən qurulur
Raqub Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC bu yenidənqurma işlərinin əsas icraçısıdır

Bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün regionlarında yol infrastrukturunun yenudən qurulması, yeni yol qovşaqlarının, körpülərin salınması istiqamətində görülən işlər özünün yüksək dinamikası ilə diqqəti cəlb edir. Bu məqsədlər üçün Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər bu sahədə həqiqətən də böyük layihələrin reallaşdırılmasını təmin edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt beton zavod işə salınmışdır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və qurumun çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir.
Lənkəran – avtomobil yolları yenidən qurulur


AAYDA yol infrastrukturunun yenilənməsi üzrə Dövlət proqramlarını uğurla icra edir

Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Həm paytaxt Bakıda, həm də regionlarda yol infrastrukturunun inkişafını təmin etmək məqsədilə görülən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir. Belə ki, 2019-cu ilin investisiya proqramında yol tikintisi üçün nəzərdə tutulmuş vəsait hesabına bu il Azərbaycanda min kilometrə qədər yeni avtomobil yollarının salınması, təmir olunması, körpülər tikilməsi nəzərdə tutulurdu. Cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır. İlin sonuna qədər isə bu göstəricinin 1122 kilometr olacağı nəzərdə tutulub.
Lənkəran – avtomobil yolları yenidən qurulur
Əlbəttə ki, bütün bu nailiyyətlər Saleh Məmmədovun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də bu qurumun tabeliyində olan bütün müəssisə və şirkətlərin işçi heyətlərinin fədakar əməyi, hər kəsin ayrılıqda və kollektiv olaraq öz işini dövlətə sədaqət prinsipləri əsasında qurması sayəsində əldə olunur. Agentliyin effektiv işi ilə seçilən belə struktur bölmələrindən biri də cənub regionunda fəaliyyət göstərən “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-dir.

Lənkəran – avtomobil yolları yenidən qurulur
Cənubun yolları əsaslı şəkildə yenidən qurulur

“7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin uğurla başa çatdırdığı son layihələrdən biri də Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunda aparılan yenidənqurma işləri olub. Yolun tikintisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb. Aparılan yenidənqurma işləri çərçivəsində qara örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq, yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Yol yatağından sonra lazımi qarışıqlardan istifadə edilməklə 2 laydan ibarət yol əsası inşa olunub. Bunun ardınca yol əsası hazırlanmış ərazilərin asfaltlanması işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kv.m sahəsini əhatə edib. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarması və məişətdə istifadə üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli 210 paqon-metr uzunluğunda yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb.
Lənkəran – avtomobil yolları yenidən qurulur
Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulması ilə 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişini təmin edilib, Bakı-Ələt-Astara-İran dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşıması asanlaşdırılıb.


Lənkəran – avtomobil yolları yenidən qurulur
Aparılan müşahidələr belə deməyə əsas verir ki, Raqub Həsənovun rəhbərlik etdiyi “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC -nin kollektivi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanları səfərbər etmişdir. Bu xüsusda əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, məhz Raqub müəllimin yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu müəssisənin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Əminliklə demək olar ki, Raqub Həsənovun rəhbərliyi altında “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC -nin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər. Həsən


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi