azia.az
azia.az

Neftçalanın bərbad yolları – AAYDA nə vaxt təmir edəcək?

18-08-2021, 12:25

Neftçalanın bərbad yolları – AAYDA nə vaxt təmir edəcək?
Neftçala rayonunun Şorsulu, Qaçaqkənd, Xolqarabucaq, Xəzərkənd kəndərinin yolları tamamilə yararsız haldadır. Yollar bərbad olduğundan kənd sakinlərinin avtomobilləri tez-tez sıradan çıxır, sürücülərin işi çətinləşir. Uzunluğu 30 kilometrdən artıq olan bu yolun üzərində 8 yaşayış məntəqəsi yerləşir, kəndlərdə 30 mindən çox əhali yaşayır.

Bu barədə Azia.az-a rayon sakinləri bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Neftçala rayonunda yerləşən 50 saylı Yol İstismarı MMC-dən bildirilib ki, sözügedən yolun dislokasiyası dəyişdirilərək Qaçaqkənd-Qırmızıkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolu olmaqla 29,6 kilometrdən 42 kilometrə çatdırılıb:

“Bu yol yenidən layihələndirilib və AAYDA-ya təqdim olunub. Avtomobil yolunun əsaslı təmiri 2019-2023-cü il Dövlət Proqramı çərçivəsində öz həllini tapacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi