azia.az
azia.az

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib

28-12-2021, 22:37

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib
Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə Mərkəzi Nəbatat Bağında salınan “Prezident çinarlığı”nda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Şərq çinarı əkib.
Akademik Ramiz Mehdiyevin tapşırığı ilə Mərkəzi Nəbatat Bağında salınan çinarlıqda keçirilən ağacəkmə kampaniyasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, Biologiya və Tibb Elmləri Bölməsinin struktur rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri də iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son zamanlar Bağda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub. Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev elmi-tədqiqat müəssisəsində aparılan yenidənqurma və abadlıq, təcrübə işləri barədə AMEA rəhbərliyinə ətraflı məlumat verib.
Sonra AMEA prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin elmi-tədqiqat müəssisələrinin əməkdaşları ilə görüşüb. Akademiya rəhbəri AMEA-da bütün sahələrdə aparılan islahatlar barədə danışıb.
Görüşdə iştirak edən əməkdaşlar akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə aparılan islahat işlərini yüksək dəyərləndirərək AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi