AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova və Botonika İnstitutunun direktoru Səyyarə İbadullayeva 17 Noyabr 2021-ci il tarixində Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olublar.
Mərkəzi Nəbatat Bağının Baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev Bağda görülən işlər baradə AMEA rəhbərliyinə məlumat verib. N.Allahverdiyev qeyd edib ki, ilkin mərhələdə Bağın 41 hektar sahəsindən 3 hektar sahəsi kol-kos və qurumuş ağaclardan təmizlənməsi işləri həyata keçirilib. Mərkəzi Nəbatat Bağının 1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi üçün Elmi komissiyanın iclasında alimlərin birgə rəyi əsasında müəyyənləşdirilmiş 10 minə yaxın müxtəlif yeni növ dekorativ bitkilərdən-Şərq tuyası, Limon şərq tuyası, ardıc, başınağacı, sidr, evenus, piramidal həmişəyaşıl sərv və meyvə ağaclarından limon, alma, armud, albalı, alça əkilib, ağacların dibləri bellənərək yeni suvarma işləri aparılıb, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilib. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılmışdır.
Növbəti mərhələdə isə yenidənqurma işləri çərçivəsində ekskursiyaya açıq sahələrin yolboyu hissələri beton döşəmə plitələrinin salınması prosesinə başlanılıb. Belə ki, yolun köhnə örtüyü sökülərək lazımi tikinti materiallarının istifadəsi ilə eskursiya sahələrinin yol hissəsinin inşası həyata keçirilib. Bundan başqa, Bağın eskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilir, naqillər salınıb və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılıb.
Həmçinin, Tropik və subtropik bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru Şakir Qasımov AMEA-nın rəhbərliyini №2 oranjereyasında görülən və görüləcək işlər haqda ətraflı məlumat verib. Alim bildirib ki, hazırda laboratoriyanin №2 oranjereyasında yeni dekorativ bitki növlərinin əkilməsi ilə kolleksiyanın zənginləşdirilməsi üzrə praktiki işlər həyata keçirildiyi qeyd edib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova yenidənqurma, abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyyələrini verdilər.