azia.az
azia.az

Sürücülərin NƏZƏRİNƏ! - Cəzalar sərtləşəcək - VİDEO

16-12-2021, 08:56


Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə həm paytaxt, həm də bölgələrdə tez-tez rast gəlinir.

Azia.az xəbər verir ki, Bunu yoxlamalar zamanı aşkar edilən sürücülər deməyə əsas verir.
Sürücülərin NƏZƏRİNƏ! - Cəzalar sərtləşəcək - VİDEO
Ötən gün yol polisi tərəfindən saxlanan bu sürücü özü də etiraf etdi ki, Suraxanı rayonu ərazisində psixotrop maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olub.

İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücünün belə zəhərli maddənin təsiri altında avtomobil idarə etməsi təbii ki, narahatlıq doğuran məsələdir. Sürücülər də belə hallara yol verən həmkarlarını birmənalı olaraq tənqid edirlər.

Bu məsələdə ən acınacaqlısı odur ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimənin sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eyni olmasıdır. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edərək idarə edən sürücülər 400 manat və 5 cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ 6-aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər.

Millət Vəkili Fazil Mustafa "Xəzər Xəbər"ə deyib ki, tətbiq edilən bu cəzalar fərqli olmalıdır. O, sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələrinin ayrı olması barədə milli məclisin komitə iclasında bu məsələni gündəliyə gətirərək müzakirəyə çıxaracağını deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi