azia.az
azia.az

Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş - VİDEO

3-12-2021, 16:37

Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş - VİDEO
Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə "Mercedes-Benz” markalı iki maşını vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi