azia.az
azia.az

Yol polisi toy karvanlarına görə ÇAĞIRIŞ ETD

2-07-2021, 15:23


Təxminən 1 il 4 aydan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.
Yol polisi toy karvanlarına görə ÇAĞIRIŞ ETD

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az vasitəsilə toy şənliklərində iştirak edəcək sürücülərə müraciət edib.


V.Əsədov bildirib ki, toyların keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdən biridir:


“Yol polisi tərəfindən məqsədli və ardıcıl şəkildə keçirilən tədbirlərin nəticəsi olaraq, hadisələrin azalması, ölüm saylarının aşağı düşməsi müşahidə edilir. Təbii ki, toyların başlanması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağına ehtimal verir. Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək. Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur.


Xatırladıram ki, avtomabili spirtli içki və güclü təsiredici narkotik vasitələrin, psixotrop maddələrin təsiri altında idarəetmə faktı ağırlaşdırıcı haldır və yüksək məbləğdə cərimənin təyini, eyni zamanda məhkəmə instansiyalarında toplanmış sənədlərə baxılması, il ərzində təkrarən belə xətalara yol verilməsinə görə daha sərt cəzalar nəzərdə tutulur. Tərəfimizdən vaxtlı-vaxtında təbliğat aparıldığı üçün artıq sürücülər spirtli içki qəbul etdikdə “ayıq sürücü”lərə müraciət edirlər. Təbii ki, bu yaxşı ənənədir”.



Polis polkovniki eyni zamanda deyib ki, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək:


“Avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.


Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk.


Toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur. Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər. Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir.


Ona görə də sürüclərdən xahiş edirik ki, bu məqamlarda həssaslıq nümayiş etdirsinlər. Bu cür informasiyaları verməkdə mqəsədimiz sürücüləri cərimələmək deyil, onları daha intizamlı olmağa dəvətdir”.



Xatırladaq ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması nəzərə alınaraq, Nazirlər Kabineti 13 mart 2020-ci il qərarı ilə xüsusu karantin rejiminin tətbiq edilməsilə ölkə ərazisində 16 mart tarixindən etibarən toy mərasimlərinin keçirilməsi qadağan olunmuşdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi