azia.az
azia.az

Ermənistan təslim olmasaydı... - Türk general ŞOK SSENARİNİ AÇIQLADI

11-11-2021, 07:57

Ermənistan təslim olmasaydı... - Türk general ŞOK SSENARİNİ AÇIQLADI
Ermənistan 10 noyabr bəyanatının müvafiq müddəaları çərçivəsində və bu çərçivədən kənar müharibədə məğlub olan tərəf kimi üzərinə çoxsaylı öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi isə əsas şərtdir. Kanal.az xəbər verir ki, Ermənistanın kapitulyasiyasına aparan yoldan, səbəblərindən, sazişin mahiyyətindən və nəticələrindən danışan türk eskpertlər belə deyiblər.
Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauzun sözlərinə görə, 44 günlük Vətən müharibəsi müddətində Ermənistan 3 dəfə humanitar məqsədlər adı altında zaman qazanmaq, ordusunun silah-sursat təchizatını toparlamaq və siyasi dəstək əldə etmək üçün atəşkəs elan etmək məqsədilə xahişlər edib. Ancaq hər dəfə də qısamüddətli atəşkəsdən sonra öz mövqelərini möhkəmləndirməyə, təxribatlarını davam etdirməyə, mülki insanlara atəş açmağa davam ediblər:

“Onlar Rusiya və ABŞ tərəfindən edilən müraciətlər sayəsində buna nail oldular. 10 noyabr üçtərəfli bəyanatı isə Ermənistanın təslim olma anlaşmasıdır, yəni kapitulyasiyasıdır. Ermənistan əgər kapitulyasiyaya razı olmasaydı, tamamilə məhv olardı. 44 günlük müharibədə ordusunun 60 faizi məhv olmuşdu, 10 minə yaxın ölü və yaralıları var ki, çoxunu cəmiyyətdən gizlədirlər. Onların atəş açmaq üçün mərmisi bitmişdi. Köhnə Qərbin ərköyün uşağı Ermənistana 30 ilə yaxın haqsız və hüquqsuz sürdürdüyü işğal dönəmində verilən siyasi dəstəyin heç biri müharibə dövründə təkrarlanmadı. Ermənistanın insanlığa, təbiətə, mədəniyyətə qarşı həyata keçirdiyi terror fəaliyyətləri, 44 günlük Vətən müharibəsi öncəsi 12 iyul hadisələrində və 27 sentyabrdan etibarən başlayan müharibə zamanı da yenə mülki şəxslərə, mülki obyektlərə və savaş hüququna, hərb hüququna məhəl qoymayaraq terror siyasətini davam etdirməsi onları məhvə apardı. Ermənistanın müharibə apara biləcək gücünün qalmaması, əzm və qərarlılığının itməsi onu danışıqlar masasına oturmaq, Azərbaycanın irəli sürdüyü maddələri qəbul etmək məcburiyyətində qoydu”.

Y.Karauz hesab edir ki, 3 rayonu - Kəlbəcər, Laçın və Ağdamı müharibəsiz Azərbaycana vermək təklifi və Zəngəzur dəhlizi ilə bağlı müddəaya razı olması Ermənistanın müharibədə məğlub olmasının göstəricisidir: “Bu kapitulyasiya sənədi Ermənistan tərəfindən beynəlxalq aləmdəki “qardaşlarına” və Rusiyaya yalvararaq Azərbaycana təklif edilib. Azərbaycan da bunu qəbul edib. Dünya tarixində bu qədər ağır kapitulyasiya sənədi imzalayan, 44 günlük müddətdə aparılan müharibədə bu qədər ordusu məhv olan ikinci dövlət yoxdur. Buna görə də belə bir dövlətin məğlubiyyəti qəbul etməkdən başqa bir çarəsi yoxdur”.

General bildirib ki, Ermənistan atəşkəs anlaşmasına, kapitulyasiya aktının imzalanmasına razı olmasaydı, erməni silahlı qüvvələrinin hamısı məhv olacaqdı: “Bu da olarsa, ölkə içərisində güclü siyasi qarşıdurmalar, qarışıqlıq, xaos yaranacaqdı. Nikol Paşinyan bütün bunları göz önünə alaraq haqsız şəkildə sürdürdüyü işğala son vermək məcburiyyətində qaldı. Ermənistan bunu istəyərək etmədi. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan xalqının yüksək vətənpərvərlik duyğusu və Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi, aldığı tədbirlər, həyata keçirdiyi siyasət və müharibə sahəsində əldə etdiyi uğur nəticəsində Ermənistan buna razı oldu, onlar buna məcbur oldular. Bu, ermənilər üçün bir dövlət və millət baxımından çox utancvericidir. Atəşkəs razılaşması, kapitulyasiya aktı sülhə doğru getmədiyi təqdirdə, Azərbaycan beynəlxalq hüquqdan irəli gələn haqqını istifadə edərək bu razılaşma nəticəsində Ermənistanın qəbul etdiyi maddələri yerinə yetirmək üçün lazımi tədbirləri görəcək”.

Yücel Karauz əlavə edib ki, 3 rayonu müharibəsiz, qan tökülmədən Azərbaycana təslim etməsi, Zəngəzur dəhlizi ilə bağlı yer alan maddəyə razı olması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və BMT Təhlükəsizlik Şurasının qərarlarını həyata keçirmək məcburiyyətində qalması Ermənistanın məğlubiyyətinin göstəricisidir: “Əgər onlar kapitulyasiya aktına imza atmasaydı, Ermənistan adlı bir dövlət və ordu olmayacaqdı. Azərbaycan savaş meydanında öz itkilərinin az olması üçün əlindən gələni etdi. 3 rayonun müharibəsiz azad olunması, Zəngəzur dəhlizinin bəyanatda əksini tapması, ümumiyyətlə isə bu kapitulyasiya aktından sonra bir daha məlum oldu, Azərbaycan dövləti və Azərbaycan Silahlı Qüvvələri Qafqazın regional gücüdür. Azərbaycan öz sərhədləri çərçivəsində beynəlxalq hüquqdan irəli gələn haqlarını istifadə edərək mənfəətlərini qorumağa qadirdir. Azərbaycanın həyata keçirdiyi iqtisadi və abadlaşdırma tədbirləri, 9 ay içərisində Füzuli hava limanının açılması, azad olunan rayonların yenidən inşası, statusun ləğvi, “Dağlıq Qarabağ” ifadəsinin ortadan qalxması, ATƏT-in Minsk qrupunun tarixin bir küncünə atılması ölkə üçün böyük uğurdur. Ancaq bu yol zəhmətli və uzundur. Azərbaycan dövləti 28 il boyunca bir gün torpaqlarının azad olunması, sülhün təmin olunması üçün səbr edibsə, savaş qanunlarına əməl edibsə, hansısa mülki insana, təbiətə, mədəniyyətə zərər verəməyibsə, bu, Azərbaycan dövlətin, xalqının və ordusunun böyük uğurudur”.



Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktı və bunun bölgəyə təsirlərindən danışan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar isə qeyd edib ki, Ermənistan böyük istəklə, qaranlıq hesablarla yola çıxmışdı. Ancaq bunların heç biri baş tutmadı və Ermənistan ordusunun beli qırıldı:

“Məhv olan ordu ilə bərabər bir razılaşma imzalamaq məcburiyyətində qaldılar. Onları havadarları qurtardı. Əgər həmin güclər Ermənistanın arxasında dayanmasaydı, orduları tamamilə məhv ola, hətta dövlətləri parçalana bilərdi. Burada bir reallıq ortaya çıxdı. Bütün bunlar da üçtərəfli bəyanatda əksini tapıb. Ermənistan isə hazırda bütün maddələri icra etmək məcburiyyətindədir. Çünki baş nazirləri bir anlaşmanın altından imzasını atıb. Əgər onlar maddələri yerinə yetirməsələr, nəticəsi çox ağır ola bilər. Rusiya, Fransa, ABŞ kimi ölkələrin arxasına saxlanaraq bundan qaça bilməzlər. Azərbaycan bunu gözləyir, əgər bəndlərin hamısı yerinə yetməsə, rəsmi Bakı lazım olan addımları atacaq. Ermənistan iradəsi olan bir ölkə deyil. Başqalarının dedikləri ilə təxribatlar törətdi və müharibəni başlatdı. İndi həmin güclərlə də hesabı var. Həmçinin darmadağın edilən ordusunu toparlamağa çalışacaqlar. Buna görə də onlar hazırda iradəsini və gücünü itirmiş bir durumdadır. Türkiyə və Azərbaycan Ermənistana yanlışlarını anlamağı və geri dönməyi təklif edirlər. Osmanlı dövlətinin parçalanmasında, Qarabağın işğalında rol oynayan Ermənistan bunun hesabını ödədi. Biz təklif edirik ki, bərabər hərəkət edək, Ermənistan da rifah əldə etsin, iqtisadiyyatı dirçəlsin. Ancaq onların bu təklifə əl uzadacaqlarından çox da əmin deyiləm. Çünki qarşımızda Fransa, Rusiya və ABŞ-ın, həmçinin diasporun təsiri altında qalan, iradəsini itirmiş bir ölkə var. Onların müdaxilələri ilə müharibəni başlatdı, indi isə bundan dərs çıxarıb yeni siyasi strategiya yürütməlidir. Əgər bu olmazsa, Ermənistan yenidən ağır hesab ödəyə bilər”.

A.Ağar vurğulayıb ki, Ermənistan uzatdığımız əli tutarsa, bölgəyə sabitlik, sülh, əmin-amanlıq, inkişaf və rifah gələcək. Həmçinin Ermənistan digər ölkələrin əlaltısı olmaqdan, idarə olunmaqdan qurtula bilər: “Türkiyə və Azərbaycan sadəcə qürurlu və şərəfli bir əməkdaşlıq istəyir. Ümid edirəm ki, Ermənistan bu fürsəti görər və qaçırmaz. Qaçırsa da, özü bilər. Çünki Türkiyə və Azərbaycan böyük bir millətin iki dövləti olaraq əllərini devrilən Ermənistana uzadır. Tutub-tutmamaq onların öz seçimidir. Əgər uzanan əli tutarsa, bölgədə yeni geosiyasi tarazlıq meydana gələr. Ümid edirik ki, Ermənistan başqasına güvənib yola çıxmağın hesabından çox ağır dərs alıb. Buna görə də hesabını aparmalıdır”. / Publika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi