azia.az
azia.az

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI: Ermənilər deyirdilər ki...

19-10-2021, 08:19

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI: Ermənilər deyirdilər ki...
Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır.

Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, ermənilər 28 il boyunca işğal etdikləri torpaqları təmas xəttindən etibarən əngəllər yaradıb, silahlar, hərbi təchizat, minalar, elektronik vasitələrlə və digər üsullarla qoruma altına almışdı: "Onlar Majino xətti (1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi) kimi mərhələli şəkildə xətlər təşkil etmişdilər. Ermənistan uzun illik işğal dövründə bu ərazilərdə hazırlıqlar gördü, xəndəklər qazdı, müdafiə sistemi qurdu, əngəllər yaratdı və onları minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etdi. Bunların asanlıqla keçilməsi çox çətin idi. Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalar istifadə olunmalı, taktikalar tətbiq olunmalı idi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu sərhəddən etibarən üç mərhələli olan xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Füzulinin azad olunması ermənilərin bu mifini darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edilməsi, silah-sursatının ələ keçirilməsi, əsgərlərlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, tarazlığının pozulması, eyni zamanda ermənilərin döyüş əzmini və qərarlılığını yıxdı. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu”.
Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI: Ermənilər deyirdilər ki...
Y.Karauz qeyd edib ki, Füzuli azad edilərkən Azərbaycan Ordusu son dərəcə müasir hərbi texnikalardan istifadə edib: "Azərbaycan hərbi taktika olaraq müasir tətbiqetmələrlə köhnə SSRİ-nin taktikası ilə NATO-nun taktikasını birləşdirəcək şəkildə yeni taktika və texnikalardan istifadə etdi. Azərbaycan əsgəri Vətən, millət, bayraq üçün şəhid olmasının lazım olduğu anlamı ilə analarının əllərinə yaxdığı xınaları və Vətən üçün şəhid olma duyğusu ilə qəhrəmancasına, cəsarətlə, böyük bir ürəklə savaşdı. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi”.

General əlavə edib ki, Prezident İlham Əliyev həm siyasi lider, həm də Ali Baş Komandan kimi müharibəni özü birbaşa və düzgün şəkildə idarə etdi: "Bu amillər Füzuli zəfərini təmin etdi. Füzuli şəhərinin azad olunması isə bütöv Qarabağın işğaldan azad olunmasına səbəb oldu. Keçilməz deyilən səngərlər keçildi, yenilməz deyilən ordu da yenildi. Bir ordunun döyüşmə əzminin və qərarlığının sərhəddi, səviyyəsi vardır. Füzulinin, ondan bir gün sonra da Xudafərinin azad olunması Ermənistan ordusunu və xalqını mənəvi olaraq əzib bitirdi. Füzuli şəhəri azad edildikdən, Azərbaycan Ordusu Xudafərin körpüsünə çatdıqdan sonra, ermənilər psixoloji olaraq həmin dəqiqədən etibarən müharibəni uduzmuşdu”. //publika


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi