azia.az
azia.az

Müharibə sona yaxınlaşır: Düşmən silahı yerə qoyarsa.... - EKSPERT

30-10-2020, 13:38

Müharibə sona yaxınlaşır: Düşmən silahı yerə qoyarsa.... - EKSPERT

Şanlı ordumuzun əks-hücumları nəticəsində düşmənə ağır zərbələr endirilir. Mövcud gedişatı nəzərə alsaq, Ermənistan bu müharibədən məğlub çıxarsa, qarşısına hansı şərtlər, məhdudiyyətlər qoyula bilər?

Azia.az-a açıqlamasında "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, Ermənistanın bizim torpaqlarda heç bir haqqı olmadığına görə, hər hansı şərtlərə ehtiyac qalmayacaq:

“Ermənistan faktiki olaraq kapitulyasiya aktını qəbul edərsə, artıq onun heç bir ixtiyarı qalmır. Diqqət yetirsək görərik ki, bu, əvvəldən belə idi. Ermənistan beynəlxalq qanunlara riayət etmir. Gzli yollarla silah alıb və Qarabağ ərazisində gizlədib. Bu zaman onlar beynəlxalq silahlara nəzarət komitəsinin qaydalarının heç birinə əməl etməyiblər. Lakin həmin silahların böyük bir qismi ordumuz tərəfindən məhv edilib.

Əgər beynəlxalq təşkilatlar ədalətli mövqedən çıxış edərək ikili münasibət göstərməzsə, bundan sonra Ermənistanın dünya bazarından silah alması daha ciddi izlənəcək. Artıq onların yeni növ silah alması mümkün olmayacaq. Bu yolda onlar daim manelərlə qarşılaşacaqlar. Ermənistanın bizim işğaldan azad etdiyimiz torpaqlarda heç bir haqqı yoxdur. Buna görə də hər hansı məhdudiyyətlərin qoyulmasından söhbət gedə bilməz. Çünki onların belə bir ixtiyarı, haqqı yoxdur. Qarabağ Azərbaycanın ərazisidir. Burada Ermənistanın heç bir hüququ yoxdur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi