PREZİDENTİN ofisində axtarış aparıldı-TƏCİLİ
"Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri keçirib".
"NABU Prezident Ofisində istintaq tədbirləri aparır", - deyə deputat bildirib.
O, başqa təfərrüat açıqlamayıb.
Qeyd edək ki, bundan öncə NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) "qəyyumluq" etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.