azia.az
azia.az

Azəri Gənclər Alyansı erkən nigahlara qarşı layihə keçirir - FOTOLAR

7-11-2021, 10:12

Azəri Gənclər Alyansı erkən nigahlara qarşı layihə keçirir - FOTOLAR
Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Pandemiya dövründə erkən nikahlara qarşı maarifləndirmə işlərinin aparılması” adlı layihə uğurla davam edir.
Bakupost.az xəbər verir ki, layihə çərçivəsində, noyabr ayının 4-ü və 5-i Astara rayonunda Heydər Əliyev Mərkəzində 2 günlük maarifləndirici tədbirlərdə təlimçi və ekspertlər tərəfindən 30 nəfər 9-15 yaş arası yeniyetmə qızlar üçün interatiktiv üsullarla maarifləndirici təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmələr aparılıb. Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonlarda 9-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək, ictimai qınaq yaratmaq və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.
Statistikaya görə, Azərbaycanın erkən nikahlara ən çox məruz qalan cənub bölgəsinin Lerik və Astara rayonlarında həyata keçirilən maarifləndirici tədbirlərdə Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova “Pandemiya dövründə maarifləndirmə işlərinin aparılması” adlı layihəni açıq elan etdikdən sonra 60 nəfər yeniyetmə gənc qızlara və valideynlərə dünyada geniş yayılan erkən nikahlar haqqında ətraflı məlumat verdi və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirdi. Daha sonra isə ekspertlər tərəfindən maarifləndirici təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, tövsiyyələr verildi.
Tədbirin sonunda isə iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanıldı.
Qeyd edək ki, layihə çərçivəsində, “Biz erkən nikahlara yox deyirik” adlı maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi