Amerikada 35 milyondan çox insan erkən səsini verdi
ABŞ-da 35 milyondan çox vətəndaş noyabrda baş tutacaq prezident seçkisi üçün erkən səsvermədə iştirak edib.
“Report” “TASS”a istinadən xəbər verir ki, müvafiq hesablamalar bazar ertəsi günü Florida Dövlət Universitetinin professoru Maykl McDonald tərəfindən yaradılan “United States Elections Project” adlı portalda dərc edilib.
Portalın verdiyi məlumata görə, səsvermədə 35 540 036 vətəndaş iştirak edib. Ən çox erkən səsvermədə liderlik Texasda reallaşıb - 4 708 734 nəfər.
Daha sonra ardıcıl olaraq Kaliforniya (3 989 304), Florida (3 033 702), Şimali Karolina (1 853 540) ştatları gəlir. Corciya, Miçiqan, Virciniya və Nyu-Cersi ştatlarında isə 1 milyonu keçir.