azia.az
azia.az

Beynəlxalq layihənin açılış mərasimi - Fotolar

10-08-2016, 17:51

Beynəlxalq layihənin açılış mərasimi - Fotolar“Gənclərin İcmanın İnkişafında Rolu” adlı beynəlxalq layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə “Gəncə Avropa Gənclər Paytaxt - 2016” İctimai Birliyi tərəfindən bu ilin avqust ayının 9-15 tarixlərində həyata keçirilir

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, şəhər Gənclər və İdman Baş İdarəsinin müdiri Müşfiq Cəfərov, “Gəncə Avropa Gənclər Paytaxt - 2016” İB-nin beynəlxalq əlaqələr üzrə koordinatoru Aysun Zeynalova, təlimçi Sərdar Hüseynov, rəsmi qonaqlar və gənclər iştirak ediblər.

Təlimçi Sərdar Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 2013-cü ilin noyabr ayının 21-də Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər paytaxtı seçilib. Bununla əlaqədar olaraq 2014-cü ildə Gəncədə “Gəncə Avropa Gənclər Paytaxt - 2016” İctimai Birliyi yaradılıb. Sərdar Hüseynov xüsusi vurğulayıb ki, Gəncə bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir.

Gəncə şəhər İcra Hakimyyəti başçısının birinci müavini Elnur Rzayev tədbir iştirakçılarını salamlayaraq onları Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib. Elnur Rzayev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyunan gənclər siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən Elnur Rzayev xüsusi vurğulayıb ki, layihə çərçivəsində çox saylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir.

Azərbaycanın prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva iştirakçıları salamlayaraq, Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan Vüsalə Niftəliyeva qeyd edib ki, dünyanın heç bir ölkəsində gənclərə bu qədər diqqət və qayğı göstərilmir. Vüsalə Niftəliyeva xüsusi vurğulayıb ki, Gəncədə digər şəhərlərə nisbətən bu il təbliğat üçün daha çox imkanlar var və bundan kifayət qədər bəhrələnilir.

Gəncə 2016 Avropa Gənclər Paytaxtı layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova bildirib ki, cari ayın 9-da başlayan layihə 15 avqust tarixində yekunlaşacaq. Aysun Zeynalova qeyd edib ki, beynəlxalq layihədə Azərbaycanla yanaşı Serbiya, Birləşmiş Krallıq, Albaniya, Makedoniya, İtaliya, Ukrayna, Rumıniya, Moldova, Gürcüstan, Monteneqro ölkələrinində təmsilçiləri iştirak edirlər.
Beynəlxalq layihənin açılış mərasimi - FotolarBeynəlxalq layihənin açılış mərasimi - FotolarBeynəlxalq layihənin açılış mərasimi - Fotolar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi