“Odlar Yurdu” Gənclər İctimai Birliyi “Media Məktəbi- 3” layihəsinə başlayır
“Odlar Yurdu” Gənclər İB tərəfindən ənənəvi olaraq həyata keçirilən “Media Məktəbi” layihəsi artıq üçüncü dəfə keçiriləcək. Gənclərin media sahəsində biliklərini artırmaq, mütəxəxssislərin iştirakı ilə təlimləndirmək, həqiqi-praktiki iş şəraiti ilə tanış etmək və media sahəsində çalışmaq istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır.
“Media Məktəbi-3” çərçivəsində medianın müxtəlif sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər və interaktiv çalışma tapşırıqları keçiriləcək. Həmçinin gənclər müxtəlif praktiki fəaliyyətlərlə məşqul olacaq, TV və xəbər saytlarına səfərə gedəcəklər.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki; “Media Məktəbi-1”(2013) və “Media Məktəbi-2”(2016) layihələrinin məzunlarından bir neçə nəfər gənc hal-hazırda müxtəlif media qurumlarında çalışır. Əlbəttə bu nəticəni layihənin uğuru kimi qiymətləndirə bilərik. Artıq 3-cü dəfə keçiriləcək “Media Məktəbi” jurnalist olmaq istəyən, media sahəsində çalışmaq istəyən gənclərə faydalı olacaq və bu sahədə potensiallı kadrların üzə çıxarılmasına şərait yaratmış olacaq”. Sədr əlavə edib ki, layihəyə müxtəlif xəbər agentlikləri, televiziya kanalları, qəzet və radio əməkdaşları cəlb olunublar.
Müsahibə vasitəsilə seçiləcək 30 nəfər gəncin iştirak edəcəyi layihə 3 ay davam edəcək. 5 noyabr tarixində başlayacaq layihədə 17-26 yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak üçün son müraciət tarixi 30 oktyabrdır.
Maraqlanan gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:
https://goo.gl/forms/mbKsmWwjd8r05Em72