azia.az
azia.az

Gənc boksçu dostunu öldürən ayı ilə döyüşdü – Hadisə yerindən - DƏHŞƏTLİ FOTOLAR

24-10-2021, 09:03

Gənc boksçu dostunu öldürən ayı ilə döyüşdü – Hadisə yerindən - DƏHŞƏTLİ FOTOLAR
23 yaşlı İlya Medvedev və onun 48 yaşlı balıqçı dostu Vyaçeslav Dudnik Rusiyada İrtış çayında balıq tutarkən boz ayının hücumuna məruz qalıblar. Ayının ilk hücum etdiyi V.Dudnik hadisə yerində dünyasını dəyişib.

"Ölkə.Az"ın məlumatına görə, daha sonra ayı gənc boksçu İlya Medvedevə hücum edib. Ayını tapança ilə dayandırmağa çalışan boksçu silahını yerə ataraq, götürdüyü bıçaqla onu zərərsizləşdirməyə çalışıb. Şahidlərin sözlərinə görə, bu mübarizə bir neçə dəqiqə davam edib.
Səyləri nəticəsiz qalan gəncin qışqırtısını eşidən başqa bir balıqçı hadisə yerinə çatanda qarşılaşdığı dəhşətli mənzərə ilə qarşıladıb.

O, həmin anları bu cür danışıb: “Mən qayığımla balıq tutmaq üçün İrtış çayında idim. Qışqırıqlar bütün ərazidə əks-səda verdi.

Dərhal səsə tərəf döndüm. Orada qan içində bir gənc ayı ilə mübarizə aparırdı. Ovçu dostum Dudnikin yerdə uzandığını gördüm. Dəhşətli mənzərə idi. Ayı atılan güllələrə baxmayaraq, hələ də hücuma davam edirdi. İlyanın silahı yerə düşdü və bıçaqla hücum etməyə başladı. Sonda boksçu ayını öldürsə də, ağır yaralandı. Mən onu dərhal qayıqla ən yaxın xəstəxanaya apardım”.

Müalicə olunan boksçunun başında və bədənində dərin yaralar açıldığı, vəziyyətinin ağır olduğu açıqlanıb. Məlumata görə, ayı hücumu ilə bağlı cinayət işi üzrə müstəntiqlər araşdırmalara başlayıb.

Qeyd edək ki, İlya Medvedev 2019 -cu ildə Rusiya Silahlı Qüvvələrinin Boks Çempionatında 64 kq çəki dərəcəsində qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi