azia.az
azia.az

Sosial şəbəkədə pullarını paylaşan boksçu həbs olundu

4-11-2020, 16:49

Sosial şəbəkədə pullarını paylaşan boksçu həbs olundu

ABŞ boksçusu Edrien Broner həbs edilib.

Azia.Az xəbər verir ki, buna idmançının instaqram səhifəsində etdiyi paylaşım səbəb olub.

Ohayo məhkəməsi 2018-ci ildə qadına hücum etməkdə ittiham olunan Bronerin zərərçəkmişə 800 000 avro təzminat ödəməli olduğu barədə qərar çıxarsa da, o, cəmi 13 ABŞ dollarının olduğunu bildirib.

Bu yaxınlarda sosial şəbəkə hesabında qalaq-qalaq pullarla çəkilmiş videosunu paylaşan boksçu məhkəmə qərarına hörmətsizlik etməkdə günahlandırılaraq həbs olunub.

İdmançı qadının vəkilinə maddi vəziyyəti barədə tam və doğru məlumat verənədək həbsxanada qalmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi