Bakıda 62 yaşlı kişi arı sancmasından öldü
Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub.
Azia.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Müşviq qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fakt araşdırılır.(report.az)