Mingəçevirdə yaşlı kişini yatağında əqrəb sancıb
Mingəçevirdə yaşlı kişini əqrəb sancması faktı aşkarlanıb. Azia.az-n məlumatına görə, hadisə gecə saatlarında Kür çayı sahilindəki fərdi təsərrüfatlardan birində baş verib.Həyət evində yorğan-döşəkdə gizlənən əqrəb gecə saatlarında 1949-cu il təvəllüdlü, ev sahibi Kostan Bəhram oğlu Qasımovun sol əl nayihəsindən sancıb. Zərərçəkən əqrəbi öldürməyi bacarıb. O, dərhal doğmaları tərəfindən xəstəxanaya çatdırılıb.
Hazırda yaralıyaa tibbi yardım göstərilir.