azia.az
azia.az

Bakıda oğlunun ölümünə tab gətirməyən iş adamı özünü güllələdi - YENİLƏNİB

10-03-2017, 13:00

Bakıda oğlunun ölümünə tab gətirməyən iş adamı özünü güllələdi - YENİLƏNİB


13:02

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

azia.az sputnik.az-a istinadən xəbər verir ki, Qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov "Makarov" tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. İntihar hadisəsi zamanı mənzildə İ.Dadaşovdan başqa heç kəs olmayıb.

Mənzilin yoxlanılması zamanı kriminalistlər İ.Dadaşovun intihardan öncə yazdığı məktubunu aşkar ediblər. İş adamı ölümünün səbəbini orada açıq-aydın qeyd edib. Oğlunun ölümünün ona dinclik vermədiyini, bu cür yaşamağın mümkün olmadığını məktubda etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, mərhumun oğlu Moskva yaxınlığında avtoqəza zamanı dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

09:37

Bakıda 57 yaşlı kişi tapancadan başına atəş açaraq özünü öldürüb.

azia.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində yaşayan 1960-ci il təvəllüdlü Dadaşov İldırım Rza oğlu intihar etmək məqsədilə yaşadığı evdə "Makarov" markalı tapança ilə başına atəş açıb.

İ.Dadaşov hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi