azia.az
azia.az

Döyüşlərdə aldığı travmalar onu tanınmaz birinə çevirib - ŞİKAYƏT

6-09-2021, 14:16

Döyüşlərdə aldığı travmalar onu tanınmaz birinə çevirib - ŞİKAYƏT
Psixoloji travmalar yaşayan Qarabağ qazisinin qohumları dövlətin onlarla maraqlanmadığını deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüləri isə məsələni araşdıracaqlarını deyirlər.

"Qardaşım döyüşlərdə aldığı psixoloji travmalardan tanınmaz insana çevrilib, amma dövlət bir dəfə də olsun onunla maraqlanmayıb” , bu Bakı sakini Ruslan Hüseynzadənin Azia.az-a ünvanladığı şikayətdə bildirib.

Onun sözlərinə görə qardaşı Ceyhun Hüseynzadə Cəsarət oğlu 2016-cı il "aprel” döyüşlərində və 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak edib.

"Qardaşım Ceyhun 2-ci Qarabağ döyüşündə Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində döyüşüb. Xocavənd istiqamətində döyüşərkən daha çox psixoloji travmalara məruz qalıb. Aldığı travmalar səbəbindən müharibədən gələndən indiyə qədər öz hesabıma özəl klinikalarda müalicə etdirmişəm. Lakin problem qalmaqdadır. Oturub normal şəkildə söhbət etdiyimiz anda anidən hərəkətləri dəyişir. Başlayır qışqırmağa, gözlərinin altı qızarır. Ata və anasını boğmağa cəhd edərkən qonşular güclə əlindən alıb. Həkimlərin diaqnozuna görə, qaraciyər istisna digər bütün orqanlarında problemlər var, əsas məsələ isə psixoloji vəziyyətinin gərgin olmasıdır. Dövlət tərəfindən heç kim yardım etməyib, maraqlanmayıb”, - deyə Ruslan Hüseynzadə bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov ilə əlaqə saxladıq. Nazirliyin rəsmisi bildirdi ki, məsələ araşdırılacaq və lazımi addımlar atılacaq.

Məsələni diqqətdə saxlayacağıq .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi