Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədədir
"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb".
Bu barədə Müdafiə nazirliyindən anews.az-a bildirilib.
Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.