azia.az
azia.az

Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25 hücum təyyarələri dəqiq zərbə ilə vurdu

2-07-2021, 18:57

Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25 hücum təyyarələri dəqiq zərbə ilə vurdu
Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25 hücum təyyarələri dəqiq zərbə ilə vurdu
Türkiyə, Azərbaycan, Pakistan və Qətər Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin qatıldığı “Anadolu qartalı-2021” təlimlərinin gedişində möhtəşəm anlar yaşanıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, türk F-16 qırıcılarının işarələdiyi hədəflər Azərbaycanın Su-25 döyüş təyyarələri tərəfindən dəqiq zərbələrlə vurulub.

Azərbaycan HHQ ilk dəfədir bu təlimlərə qatılır, Avropada yeganə taktiki hava təlim mərkəzi olan Anadolu Qartalı Tədris Mərkəzində keçirilən birgə təlimlər bu gün başa çatır.

Təlimlərin döyüş atışlı hissəsində Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin pilotlarının yüksək səviyyədə qarşılıqlı koordinasiya nümayiş etdirmələri izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Türkiyə F-16 qırıcılarının pilotları hədəfləri lazerlə işarələyiblər və koordinatlarını Azərbaycanın Su-25 döyüş təyyarələrinin pilotlarına ötürüblər. Azərbaycan pilotları həmin hədəfləri yüksək dəqiqlikli aviabombalarla vurublar.

F-16 və Su-25 təyyarələri arasında bu cür qarşılıqlı koordinasiya ilk dəfə 2017-ci ilin yanvarında Suriyanın Əl-Bab bölgəsində Rusiya və Türkiyə hərbi hava qüvvələrinin İŞİD-ə qarşı birgə hava əməliyyatlarında tətbiq olunub.

***

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi