azia.az
azia.az

Dünyanın gözü Türkiyədədir: Bu gündən... - VİDEO

29-08-2021, 09:24

Dünyanın gözü Türkiyədədir. Bu gündən...
Dünyanın gözü Türkiyədədir: Bu gündən... - VİDEO
Azərforum xəbər verir ki, bu gün - 29 avqust, Türkiyə tarixinə əlamətdar gün kimi daxil olur. Belə ki, “Baykar” müdafiə sənayesi şirkəti ölkənin silahlı qüvvələrini yeni PUA ilə təchiz etməyə hazırlaşır.

Şirkətin sosial media hesabından yayılan məlumata görə, bu gün “Bayraktar Akıncı” PUA-ları Türkiyə ordusunun istifadəsinə veriləcək.

“Baykar”ın qurucularından biri olan Səlcuq Bayraktar əlamətdar hadisəni özünəməxsus şəkildə şərh edib. O, “Akıncı”nın əvvəlcə iməklədiyini, sonra yeridiyini, ardından da uçduğunu, daha sonra isə böyüyərək vətənə xidmətə yollandığını bildirib.

Qeyd edək ki, “Bayraktar Akıncı” ilk olaraq "Uçan balina" adı ilə tanınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi