Özbəkistan hava hücumundan müdafiə sistemləri Əfqanıstana məxsus hərbi təyyarəni vurdu
Ötən gecə Əfqanıstan ordusuna məxsus hərbi təyyarə Özbəkistan ərazisinə qeyri-qanuni keçməyə cəhd edərkən Surxandərya vilayətinin Şerabad rayonu ərazisində ölkə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Azia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Özbəkistan HHQ-nin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, təyyarənin pilotları ağır xəsarət alıb, onlar vilayətin mərkəzi Termez şəhərindəki xəstəxanaya yerləşdirilib.