azia.az
azia.az

Paşinyanın partiyası: Ermənistana daha müharibə lazım deyil

2-02-2021, 19:43

Yerevanın rəsmi mövqeyi revanşist əhval-ruhiyyəni tamamilə istisna edir.
Paşinyanın partiyası: Ermənistana daha müharibə lazım deyil
Azia.az “Vestnik Kavkaza” nəşrinə istinadən bildirir ki, bunu "Vətəndaş Müqaviləsi" partiyasından deputat, Ermənistan parlamentinin xarici siyasət komitəsinin üzvü Anuş Beqloyan "Cənubi Qafqaz: yeni təhdidlər və yeni imkanlar" dəyirmi masasında bəyan edib.

O, Ermənistanda çoxlu sayda müxtəlif siyasi qrupların, onların arasında milliyyətçi qrupların da olduğunu, onların "hər şeyi dilə gətirə biləcəyini" söyləyib. "Lakin mən hamını hakim partiyanın, hakimiyyətin, XİN-in, Baş nazirin ofisinin, parlamentin - hansılar ki, açıq şəkildə bildirirlər: qisasçılıq və ya hər hansı hərbi əməliyyatlar Ermənistanın və erməni xalqının istədiyi şey deyil - bəyanatlarını dinləməyə çağırıram", - deputat vurğulayıb.

A.Beqloyan etiraf edib ki, Ermənistan mətbuatının monitorinqi nəticəsində hakimiyyətin revanşizm mövqelərində olduğu təəssüratı yarana bilər, lakin “bu tamamilə yanlışdır”.

Xarici siyasət komitəsinin üzvü, eyni zamanda, erməni xalqını "gələcəyə baxmağa", kimin və harada birinci, bu və ya digər ərazinin tarixən kimə məxsus olduğu barədə "əbədi müzakirələrdən" imtina etməyə çağırıb... O, izah edib ki, nəticədə məhz bu, müharibəyə gətirib çıxardı.

Deputat həmçinin bildirib ki, region ölkələri onun gələcəyi ilə bağlı bütün məsələləri müstəqil həll edə bilərlər, bunun üçün bütün iştirakçıların etibar etdiyi regional təhlükəsizlik strategiyasını işləyib hazırlamaq lazımdır.

"Bunun üçün bizə kənardan hər hansı qüvvələrin olması lazım deyil", - deyə siyasətçi fikrini yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi