Əhəd Abıyevin ağzından güllələnmək əmrni KİM VERDİ? - ŞOK FAKT
DİA.AZ: - "Qəzənfər Ağayev hələ də Ramiz Mehdiyevin çörəyini yeyir. Onu vaxtında da Ramiz Mehdiyev qurtarmışdı. Zamanında Əhəd Abıyev (hazırda Daşkəsən rayonuna rəhbərlik edir -red.) onunla bağlı bütün faktları açıqladı. Amma Əhəd Abıyevin özü ölümdən döndü". Bu şok sözləri DİA.AZ-a məlumatlı mənbə bildirib.
Mənbə daha sonra davam edir: "Əhəd Abıyev o zaman Masalının deputatı idi. Faktları açıqladı, onu Masallıda istirahət mərkəzlərinin birində yaxaladılar. Həmin vaxtı Qəzənfər Ağayev Masallının icra başçısı idi. Başçının göstərişi ilə Masallının deputatının ağzına avtomatı soxdular və bu işi görən kriminal aləmin adamları elə Əhəd Abıyevin yanındaca Qəzənfər Ağayevə zəng vurdular ki, indi nə edək?.. Əhəd Abıyevi həmin vaxtı Bəylər Əyyubov qurtarmasaydı, Ramiz Mehdiyevə güvənən Qəzənfər Ağayev o zaman belə deputatı ağzından güllələtdirəcəkdi".
Mənbə dia.az-a açıqlamasında Əhəd Abıyevin nədən hədəfə çevrilməsini də xatırladır: "Əhəd Abıyev parlamentdə çıxışlarının çoxunda Qəzənfər Ağayevin İrandan gələn narkotranzitə rəhbərlik etdiyini deyirdi. Oğru qaydalarına görə, Əhəd Abıyev ağzından "atılmalı" idi. Qəzənfər Ağayev də oğru qaydaları ilə hərəkət edərək hazırda Daşkəsən rayonuna rəbərlik edən Əhəd Abıyevi cəzalandırmaq istəyirdi. Araya Bəylər Əyyubov girdi. O da söhbəti kənardan eşitmişdi. O olmasaydı, indi yəqin ki Əhəd Abıyev yox idi..."
Mənbə Dia.az-a bildirir ki, bu gün də Ramiz Mehdiyevdən əmrləri alan Qəzənfər Ağayev istənilən bir situasiyaya hazırdır: "Adamdan ehtiyatlı olmaq lazımdır. Bu hadisəni bilənlər dediklərimi təsdiqləyər..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...