azia.az
azia.az

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

25-02-2019, 16:13

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev  Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev  Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

Azia.az-a verilən məlumata görə: Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə rayonun ayrı-ayrı qəsəbə və kəndlərində yerli sakinlərin iştirakı ilə mütəmadi olaraq səyyar qəbullarını davam etdirir. Belə görüşlər mövcud problemlərin həllinə öz müsbət təsirini göstərir.

Növbəti səyyar qəbul fevralın 25-də rayonun Zəylik kəndində keçirilib. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Daşkəsən rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsindən, əhalinin məşğulluğun yüksək səviyyədə təmin olunması məqsədi ilə yaradılmış yeni iş yerlərindən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açdı.

Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən mövcud problemlərə toxunublar. Kənddə tibb məntəqəsinin və kənd mədəniyyət evinin təmiri, Quşçu-Zəylik avtomobil yolunun təmiri və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilmişdir.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzilərinə qanunamüvafiq cavablar verilmiş, bəziləri isə yerində müsbət həll edilmişdir.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi