“Onun 72 faizlik sabuna ehtiyacı var” – Elzadan İcra başçısına
Əməkdar artist Elza Seyidcahan İTV-də yayımlanan “3D” proqramında qonaq olub. Veriliş zamanı sənətçiyə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyevin onun haqda dediyi “Elzaya təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram” fikirləri xatırladılıb. E.Seyidcahan Ə.Abıyevin düşüncələrinə belə reaksiya verib:“Əhəd müəllimi gəzirəm ki, onu bağrıma basım, əllərindən, üzündən öpüm ki, getsin sabunla əl-üzünü çoxlu-çoxlu yusun. Mənə elə gəlir ki, onun əl-üzünü yumağa 72 faizlik sabuna ehtiyacı var. Bunu o zaman demişdim. Sonra Əhəd müəllim zəng etdi ki, elə söz deməmişəm. Əhəd müəllim yəqin ki, sabun bişirəcək”.