azia.az
azia.az

Əziz Qənbərov:"Seçicilərimin səslərinin qorunması uğrunda mübarizəm davam edir"

15-02-2020, 14:23

Vəkil Əziz Qənbərov müraciət ünvanladı.
Əziz Qənbərov:"Seçicilərimin səslərinin qorunması uğrunda mübarizəm davam edir"
Dəyərli və Əziz KƏLBƏCƏRLİLƏRİM!

Hüquqi müstəvidə Sizlərin səslərinin qorunması uğrunda addımlarım davam edir. Bu gün 14.02.2020-ci il tarixdə mənim şikayətim əsasında 123 saylı Kəlbəcər Seçki Dairəsində iclas keçirildi. İclasın məqsədi mənim şikayətimə baxılması ilə bağlı qərar qəbul etmək idi. İclas zamanı vəsatət verdim ki, seçkidə iştirak edən seçicilərin müəyyən edilməsi məqsədi ilə seçici siyahılarını əks etdirən cədvəl iclasda araşdırılsın. Vəsatətim təmin edilmədi. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən bu gün seçicilər tərəfindən daxil olan məlumatlar əsasında bütün məntəqələrdə olan qanun pozuntuları barədə şikayətimə əlavəni yazılı şəkildə təqdim etdim. Əlavə şikayət araşdırma materiallarına daxil edilsə də araşdırılmadan imtina edildi. Yazdığım şikayət üzrə Seçki Məcəlləsinin tələblərinin pozulması qəbul edilsə də hələlik yalnlız 16 saylı Seçki Məntəqəsinin (Məntəqə sədri Kamran Nəsibov) nəticələri ləğv ediləcəyi barədə qərar veriləcəyi bildirildi. Əlavə olaraq komissiya üzvləri qeyd etdi ki, qanun pozuntusuna yol vermiş bütün Məntəqə sədrləri cəzalanacaq. 12.02.2020-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına etdiyim şikayətlə bağlı materiallar Kəlbəcər Dairəsinə hələ daxil olmadığı üçün ona baxılması MSK sənədi göndərdikdən sonraya saxlanıldı. Təbii ki, mübarizəmiz sivil qaydada davam edərək Dairə Seçki Komissiyasının qərarında MSK-ya şikayət veriləcəkdir.

Əziz Qənbərov, vəkil,
123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi