azia.az
azia.az

Seçkidə Qazax-Qanundan uzaq

15-02-2020, 13:12

Seçkidə Qazax-Qanundan uzaq
Deməli, 107 saylı DSK, 6 saylı MnSK məntəqə sədri Tahirə xanım topa bülletenləri kommunal təsərrüfat idarəsi müdiri Comərdov Seymur Fərhad oğluna verir. Saat 14-15 radələrində bu qanunsuz hadisə baş verib. Müşahidə kameraları var, bu hadisə müşahidəçilər tərəfindən aktlaşdırılıb. Seymur məntəqədən qaçır. Çöldə jurnalist araşdırması aparırdım. Bir nəfər yaşlı adam danışdı ki, məntəqə sədri həm də binada yerləşən litseyin müdiridir və Seymur onun oğludur. Demək olar ki, təməli bu binada qoyulub və burada uşaqlıqdan şeypur çalaraq böyüyüb. Bu və buna bənzər qanun pozuntuları 6 saylı MnSK-nın iş prinsipi olub. Mütəmadi olaraq komissiya üzvləri müstəqil müşahidəçilərə təzyiq göstəriblər. Digər müşahidəçilər isə gördükləri qanun pozuntularına susublar, qeydə almayıblar. Əksər halda müstəqil olmaq əvəzinə Səməd Seyidovun vəkili kimi özlərini aparıblar. Səs vermə otağında çox saylı kənar şəxslər seçkiyə müdaxilə etməklə qanun pozuntuları törədiblər. Onlar hətta müstəqil müşahidəçilərə mane olurdular. Həmin kənar şəxslər məntəqəyə daxil olan seçicilərin iradəsinə təsir göstərərək siyahıda axırıncı olana səs vermələrini tələb edirdilər. Məntəqədən çöldə olan adamlar səs verməyə gələn seçici ilə məkrli danışıqlar aparırdılar. Elə seçicilər oldu ki, bu məntəqədəki seçici siyahısında adı olmadığı halda seçki büllteni götürüb səs verdilər. Səs vermiş seçicilər müəyyən vaxtdan sonra təkrar məntəqəyə daxil olub səs verirdilər. Məntəqəyə daxil olan seçicilərin bəziləri komissiya sədri və üzvləri ilə salamlaşıb söhbət edirdilər. Belə söhbətlər 15-20 dəqiqə davam edirdi. Belə cərgələnmiş insanlar seçki kabinələrini müşahidə olunmaz edirdi. Orada nə baş verdiyini müşahidəçilər izləyə bilmirdilər. Beləliklə təkrar səs verənlərin sayı və bu məntəqədə qanunsuz səs verənlərin sayı 100 dən çox idi. Bu insanlar qanunsuz hərəkətə yol verməsəydilər, komissiya üzvləri qanunsuz hərəkətlərə münbit şərait yaratmasaydı, komissiya sədrinin özü baş qanun pozan rolunda iştirak etməsəydi namizəd Səməd Seyidov seçki qalibi ola bilməzdi. Səslərin hesablanması zamanı hər cür qanun pozuntusuna, saxtakarlığa yol verilirdi. Digər namizədlərin səsləri oğurlanaraq Səməd Seyidovun adına yazılırdı. Etibarsız bülletenlər də etibarlı büllitentəki Səməd Seyidovun xeyrinə hesablanırdı. Yuxarıda sadalanan çox saylı qanun pozuntuları və qələmə alınmayan saxtakar hərəkətlər olmasaydı Səməd Seyidov seçki qalibi ola bilməzdi. Bütün qanun pozuntuları, saxtakarlıqlar, məkili niyyətlər, əllaməliklər 107 saylı Qazax seçki dairəsinin iş prinsipi olub bu cür saxtakarlığa göz yummaq Qazax əhalisinə təhqirdir.


Şalyarov Cəlaləddin, MSK-nın RESPUBLİKA ÜZRƏ MÜŞAHİDƏÇİSİ



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi