Əziz Qənbərov seçicilərlə görüşlərini davam etdirir- Bu dəfə Xırdalanda
Xəbər verdiyimiz kimi bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək.
Artıq yanvar ayının 17-dən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.
Dalidag.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd, tanınmış vəkil Əziz Qənbərov da seçicilərlə görüşlərini uğurla davam etdirir. Növbəti görüş Xırdalan rayon ərazisində məskunlaşan kəlbəcərlilərlə keçirilib. Görüş izdihamla baş tutub. Vəkil sakinlərin problem və qayğıları ilə tanış olub, platformasını açıqlayıb. Sakinlər Ə.Qənbərovu dəstəklədiklərini bildiriblər.
Dalidag.az